“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrası ilə hədəflənən göstəricilər açıqlanıb.
Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası təsdiq edilib - FƏRMAN
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda əksini tapıb.
Konsepsiyanın icrası nəticəsində aşağıda qeyd olunan hədəflərə nail olunması nəzərdə tutulur:
1. Rəqəmsal iqtisadiyyatın inkişafı
- Qeyri-neft/qaz sektorunda rəqəmsal iqtisadiyyatın xüsusi çəkisinin artırılması
- İKT sektorunun ümumi daxili məhsuldakı payının yüksəldilməsi.
2. Texnologiya tətbiqlərinin genişləndirilməsi
- Bulud əsaslı həllərin tətbiqi
- Rəqəmsal məhsul və xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi.
3. Rəqəmsallaşdırma proseslərinin optimallaşdırılması
- Rəqəmsallaşdırmanın vahid arxitektura əsasında həyata keçirilməsi
- Məlumatların idarə olunmasında müasir arxitektura yanaşmalarının tətbiqi
- Dövlət xidmətlərinin sadələşdirilməsi və optimallaşdırılması.
4. İstifadəçiyönümlü rəqəmsal xidmətlər
- Pilot layihələr (regulatory sandbox) əsasında rəqəmsal xidmətlərin təşkili
“Bir pəncərə” prinsipi ilə vətəndaşlara təqdim olunan rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi.
5. İnsan resurslarının inkişafı
- Rəqəmsal savadlılığın artırılması
Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı və mövcud kadr potensialının təkmilləşdirilməsi.
6. Dövlət-vətəndaş əlaqələrinin yaxşılaşdırılması
- Dövlət və özəl sektor arasında əməkdaşlıq üçün münbit şərait yaradılması
- Vətəndaşlardan tələb olunan sənədlərin sayının azaldılması
- Dövlət xidmətlərinin keyfiyyətindən məmnunluğun və dövlətə inamın artırılması.
Qeyd edilib ki, yuxarıda göstərilən istiqamətlər rəqəmsallaşdırma sahəsində müasir çağırışlara cavab verməklə yanaşı, ölkənin rəqəmsal inkişafını sürətləndirmək məqsədi daşıyır.