İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Etibar Hüseynova Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində vəzifə verilib. O, rəqəmsal inkişaf və nəqliyyat nazirinin icraçı katibi vəzifəsinə təyin olunub.
Eləcə də bax: “Petkim”in İdarə Heyətinə yeni rəhbər - TƏYİN OLUNUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Yüksəliş” müsabiqəsindən məlumat verilib.
Qeyd edək ki, Etibar Hüseynov 2013-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra ali təhsilini İngiltərədə davam etdirib. O, 2013-2014-cü illərdə Böyük Britaniyanın Lankaster Universitetində beynəlxalq biznes və korporativ hüquq ixtisası üzrə magistr təhsili alıb və fərqlənmə ilə məzun olub.