Reklam subyekti kimi fəaliyyəti olan rəqəmsal platforma təsisçisi üçün hüquqi əsas yaradılır.
Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir
FED.az xəbər verir, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Reklam haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs rəqəmsal platforma təsisçisi hesab ediləcək.