Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer ilə görüşüb.
Nazirlikdə baş tutan görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair məsələlər müzakirə edilib.
Eyni zamanda, lisenziyalı proqram təminatı ilə bağlı ölkəmizdə görülmüş işlər, bu sahədə planlaşdırılan layihələr, o cümlədən ABŞ-ın “Microsoft” və “Oracle” kimi nüfuzlu şirkətləriilə birgə əqli mülkiyyət hüquqlarının qorunması və kibertəhlükəsizlik mövzularında maarifləndirici tədbirlərin təşkili barədə danışılıb.
Görüşdə həmçinin “BakuTel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Amerika Birləşmiş Ştatlarının texnologiya şirkətlərinin məhsul və həllərinin nümayiş olunacağı ABŞ Milli Pavilyonunun təşkili məsələsi müzakirə olunub.