Azərbaycanda Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin dəyişməsi ilə bu sahədə yeniliklər başlanacaq.
Eləcə də bax: Prezident yeni naziri qəbul edib - TAM MƏTN
FED.az xəbər verir ki, bu, prezident İlham Əliyevin yeni nazir Rəşad Nəbiyevi onlayn formatda qəbul etməsi zamanı, nazirin açıqlamasında məlum olub.
R.Nəbiyev bildirib ki, nazirliyin tabeliyində olan müəssisələrin səmərəli fəaliyyət göstərməsi üçün onların ən qısa zamanda korporativləşmələri vacibdir. Bundan başqa, nazirlik ədalətli tənzimləmə mexanizmləri tətbiq etməklə bu sahələrdə ədalətli rəqabət mühiti formalaşdırmaq niyyətindədir.
«Əgər ədalətli rəqabət mühiti formalaşarsa, o zaman həmin sektora xarici investisiyaların axını baş verər və bu da özlüyündə yalnız həmin sektorda deyil, ümumiyyətlə, ölkədə innovasiya və texnologiyaların inkişafını təşviq etmiş olar»-deyə nazir bildirib.