Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi 2017-ci il fevral ayının 10-dan "Şəbəkə" layihəsinə start verib.
FED.az xəbər verir ki, yaradılan müasir xidmət mərkəzlərində NRYTN qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər eyni məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərində ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də həyata keçirilir. Bu xidmətlərin gələcəkdə daha çoxşaxəli olacağı istisna deyil. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər.
İlk "Şəbəkə" xidmət mərkəzi "Azərpoçt"-un 1 saylı filialının ofisində istifadəyə verilib və bu gün mərkəzin fəaliyyətə başlamasından 1 il ötür. Hazırda respublika üzrə 6 “Şəbəkə” fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın günlərdə paytaxtın Yasamal rayonunda daha 1-i və Sumqayıt şəhərində də Şəbəkə xidmət mərkəzlərimiz açılacaq. Hazirda isə Şəbəkə xidmətinin Bakinin bütün rayonlarını əhatə etməsi üçün işlər aparilir. Növbəti mərhələdə isə "Şəbəkə" mərkəzlərinin Respublikanın bütün böyük şəhər və rayonlarında açilması planlaşdırılır.
Bu mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. Şikayət və təkliflərinizi nəzərə alaraq, 123 çağrı mərkəzimiz isə həftə içi 8:00-dan 20:00-dək, şənbə günü 9:00-dan 19:00-dək, bazar günü isə 9:00-dan 18:00-dək xidmət göstərir.
"Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsidir. İstifadəçilərin rahatliğinin təmin edilməsi, müştərilərin vaxt itkisinin qarşısının alınması, operativ xidmətin təşkili, şəffafliğın təmin edilməsi, bürokratiya və korrupsiya hallarinin aradan qaldirilmasina ehtiyyac duyulması “Şəbəkə”-nin yaranması üçün zəmin yaratdı.
Şəbəkə xidmət mərkəzlərində fərdi xidmətlər, ənənəvi poçt xidmətləri, pulköçürmələr, bank-maliyyə xidmətləri, beynəlxalq və local ödəniş kartlarının satışı, icbari sığorta satışı, büdcə ödənişləri, Dövlət İpoteka Fondu üzrə ödənişlər, aviabilet satışı, informativ xidmətlər, funksional xidmətlər, mobil cihazların qeydiyyatı, elektron imza, marka, zərf və açıqcaların satışı kimi xidmətlərimizdən yararlana bilərsiz.
Rabitə Nazirliyinin universal qurumu yaradılıb
12:21
10 Fev 2018