«Unihertz» şirkəti bazara özünün yeni «Titan 2 Elite» smartfonunu buraxmağa hazırlaşır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət hazırda qeyri-aid görünən – mexaniki QWERTY klaviatura ilə olan Android-smartfondan gedir. «Unihertz Titan 2 Elite» smartfonunun təqdimatı mayın 2-5-də Barselonada keçiriləcək MWC 2026 texnologiya sərgisində olacaq.
Hələlik smartfon barədə geniş məlumat verilmir, o məlumdur ki, divays qara və narıncı rənglərdə buraxılacaq və arxasında qoşa kamera var. Xatırladaq ki, belə quruluşa malik smartfonlara «BlackBerry» də buraxırdı, amma sonradan bu ideya uğursuz oldu.
«Titan 2 Elite»in əsas yeniliklərindən biri «Cursor Assistant» funksiyasıdır. Bu o deməkdir ki, adi smartfonlarda olduğu kimi, bunda da barmaqları klkviatorun üstündə gəzdirməklə (ekranda gəzdirmək kimi) smartfonu idarə etmək olacaq.
Yəni dümələr fiziki olsa da, onlarda «taçskrin» funksiyası olacaq. Bu imkan verəcək ki, barmaqlar hər dəqiqə ekrana sürtünməsin.
Qeyd edək ki, smartfonun əvvəlki versiyası olan «Titan 2»nin qiymətinin 420 dollar olduğunu nəzərə alanda «Titan 2 Elite» ondan ucuz olmayacaq.










