Azərbaycan hökuməti yaxın illərdə Bakını Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyanı əhatə edən böyük regional rəqəmsal mərkəzə çevirəcək kommunikasiya layihələri həyata keçirir.
FED.az xəbər verir ki, bunu Rabitə sahəsində regional birliyin icra komitəsinin baş direktoru Aleksey Borodin Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, internet iqtisadiyyatın inkişafı üçün çox böyük bur rol oynayır.
Bilirik ki, Azərbaycan hazırda Şimal-Cənub, Qərb-Şərq kimi mühüm layihələr həyata keçirir. Biz onu da bilirik ki, Azərbaycan Xəzər dənizinin dibi ilə Qazaxıstan və Türkmənistana fiber-optik kabellər çəkir.
Azərbaycanın uğurları çox maraqlıdır. Azərbaycan dünya reytinqlərində çox yaxşı yerlər tutur. Qeyd etmək istəyirəm ki, Azərbaycanın unikal coğrafi mövqeyi çox geniş imkanlardan istifadə etməyə imkan verir. Xəzər dənizi altında şəbəkənin çəkilməsi çox ciddi bir təklifdir. Layihənin həyata keçirilməsi bütün regionun rəqəmsal cəhətdən inkişafına kömək edəcək, çünki bura Qazaxıstan, Özbəkistan, Türkmənistan, daha sonra Gürcüstan, Türkiyə, nəhayət Avropaya çıxış daxildir. Bu layihənin reallaşdırılmasını istəyirik.
"Azərbaycanın gördüyü işlərin nəticələri görürük. Onu da bilirik ki, çox böyük diqqət yetirilməlidir gənclərin inkişafına. Azərbaycanda müvafiq sahədə Nazirliyin peşəkar komandasının işini yüksək qiymətləndirirəm. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Radio Tənzimləmə Şurasında da təmsil olunur. BTİ-nin Radio Reqlament Komitəsinin Azərbaycandan namizədi Sahibə Abdullayevadır o işini uğurla davam etdirir. Ümumilikdə isə 12 belə nümayəndə var"- deyə Aleksey Borodin elavə edib.