Dünyanın smartfon bazarında lider dəyişib.
FED.az xəbər verir ki, iyun ayının nəticələrinə görə «Xiaomi» tarixində ilk dəfə olaraq smartfon satışında «Samsung» və «Apple»ni qabaqlayaraq 1-ci yerə yüksəlib.
Smartfon satışı bazarını araşdıran Counterpoint Research-un hesablamalarına görə, iyun ayında «Xiaomi» şirkəti satışlarını 26% artırıb və nəticədə Çin şirkəti iyunda ən sürətli artan brendə çevrilib.
2021-ci ilin 2-ci rübündə isə «Xiaomi» satışların həcminə görə, «Samsung»dan sonra 2-ci yerdədir.
Avropada bazarın da ən böyük hissəsi - 25%-i Xiaominin payına düşüb. Şirkət ən sürətlə inkişaf edən bazarlardan olan Hindistanda da liderdir.
Ümumilikdə «Xiaomi»nin yaradıldığı 2021-ci ildən indiyədək şirkət 800 milyon smartfon satıb.
Bununla yanaşı,«Counterpoint Research» şirkətində qeyd edirlər ki, «Xiaomi»nin bu artımı müvəqqəti ola bilər. Belə ki,
«Samsung» pandemiya nəticəsində Vyetnamda dayandırdığı zavodlarda istehsalı bərpa edəcək, eləcə də qarşıda «Samsung»un qatlanan telefonlarla bağlı yeni təqdimatı gözlənilir.