“WhatsApp” tərtibatçıları mesencerdə şifrədən istifadə etməklə söhbətlərin bloklanması funksiyasını tətbiq etmək niyyətindədirlər.
"WhatsApp"dan növbəti - YENİLİK
FED.az xəbər verir ki, “WhatsApp”ın “Android” üçün 2.23.21.8 nömrəli beta versiyasında şifrədən istifadə etməklə mesencerdə çatları bloklamaq mümkün olub. Üstəlik, smartfonun kilidini açmaq üçün bir cihaz şifrəsi, biometrik məlumat və ya şifrədən fərqli kod istifadə etməklə söhbətlər bloklana bilər.
Söhbətləri əlavə şifrə ilə qorumaq imkanı, hətta kimsə cihazın ekran kilidi şifrəsini tapsa və smartfona giriş əldə etsə belə, yazışmaların təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, bloklanmış söhbətlər şifrə daxil edərkən açılan ayrıca bölmədə göstərilir. Bu yolla telefon “caniləri”, hətta gizli söhbətlərin siyahısını görə bilməyəcəklər.
Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.
Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir. (Trend)