Azəbaycanda 2 ildir ki fəaliyyət göstərən Türkiyənin iki şirkəti tərəfindən təsis edilmiş "United Payment” MMC tərəfindən, ölkəmizin Rəqəmsal Ödəniş Strategiyasının dəstəklənməsi və Elektron Ticarətin inkişaf etdirilməsi istiqamətində “Qaydaları dəyişəcək” bir həll təklif edilir.
FED.az xəbər verir ki, heç bir inteqrasiya xərci tələb edilmədən, güvənli və rahat API sənədləri üzərindən, bir neçə dəqiqəyə inteqrasiya edərək, elektron ticarətlə məşğul ola bilərsiniz.
Qısaca United Payment-ın təqdim etdiyi təklifləri məzmun halında aşağıda sizlər üçün qeyd edirik:
- Özünüzün internet səhifənizdən və yaxud mobil tətbiqinizdən birbaşa sizə özəl hazırlanmış olan ödəniş səhifənizin açılması və ödənişlərin və kredit ödənişlərinin o səhifədən icra olunması
- Bir API (üzərindən texniki integrasiya) bütün növ yerli və xarici bank kartları vasitəsilə ödənişlərin və kredit ödənişlərinin alınması
- İstədiyiniz bank kartının hesabına vəsaitin qaytarılması
- Bank kartı olmayan müştərilərinizin mobil nömrəsinə Cash by Code (sms-lə kod) göndərmək vasitəsilə vəsaitin qaytarılması
- Bütün Ödəniş Terminalları (Milli Ön, E-manat, Kassam, ExpressPay və Katech) və elektron cüzdanlar (E-pul, Portmanat, CİB və s.) vasitəsilə ödənişin və kredit ödənişlərinin alınması imkani
- Hər bir müştəri profilinizdə istənilən bank kartının yaddaşda saxlanılması imkanı (beləliklə müştəri növbəti ödənişi zamanı yeni kart məlumatlarını daxil etmir)
- Məbləğlərin tam və ya hissəli geri qaytarılması (Refund & Partial Refund) imkanı
- Tam təhlükəsiz ödəniş platformasının fəaliyyətinin təminatı
- Pay By Link xidməti vasitəsilə, istənilən kommunikasiya kanalı üzərindən (SMS, Whatsap, Telegram, Sosial Media kanalları, Mail və s..) çox rahat ödəniş imkanı
- QR Kodla ödəniş imkanı
- Preauthorisation (müəyyən vəsaitin anında tutulması və daha sonra istifadə məbləği qədərinin saxlanılması ilə, geri qalan hissənin qaytarılması) metodu vasitəsilə ödəniş imkani
- Woocommerce plug in vasitəsilə asan və sürətli ödəniş imkanı
- Sizə özəl yaradılmış müştəri profilindən hesabatlılıq və ödənişlərin idarə olunması imkanı
- Maliyyə üzləşmələri və bütün hesabatlılığın bizim tərəfimizdən təmin edilməsi
- Peşəkar komandamız tərəfindən 7/24 müştəri xidməti
- Heçbir əlavə inteqrasiya xərci və yaxud texniki baxım xərcinin olmaması
Hər bir onlayn alış-veriş etmək, elektron ticarətlə məşğul olmaq istəyən şirkəti və ya start up-ları gözləyirik.
Əlavə məlumat üçün aşağıdakı telefon nömrələri vasitəsilə məlumat ala və yaxud linkdən faydalana bilərsiniz.
Baş Ofis Tel: (+99412) 488 08 38
Satış Meneceri: (+99451) 201 69 26