"Uber" Avstraliyada müştəriləri aldatdığına görə 21 milyon Avstraliya dolları (14,1 milyon ABŞ dolları) məbləğində cərimə ödəyəcək.
«Uber»in fırıldaqları üzə çıxdı – VƏZİFƏ SAHİBLƏRİNƏ ÖDƏNİŞLƏR, SAXTA ARAŞDIRMALAR
FED.az xəbər verir ki, bu barədə qərarı çərşənbə günü Avstraliyanın Deferal Məhkəməsi verib.
Sənədlərdə bildirilir ki, "Uber" müntəzəm olaraq taksi tarifləri və sifarişin ləğv edilməsi ilə bağlı yalan və ya yanıltıcı iddialar irəli sürərək Avstralinın istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanununu pozub.
"Tətbiqdə və veb saytında təklif olunan gediş haqqı diapazonunu göstərməklə, "Uber" istehlakçıları əmin edib ki, taksi sifarişinin qiyməti qeyd ediləndən kənara çıxmayacaq. Bununla belə, reallıqda istehlakçı üçün gediş haqqı təklif ediləndən demək olar ki, həmişə yüksək olub və səfərin faktiki dəyəri daha aşağı olub", - deyə sənəddə qeyd edilir.
Bildirilir ki, xidmət aldadıcı reklam və istehlakçılara qarşı saxtakarlığa görə 3 milyon Avstraliya dolları (2 milyon ABŞ dolları), səyahətin pulsuz ləğvinə zəmanət verən öz qaydalarını pozduğuna görə 18 milyon Avstraliya dolları (12.1 milyon ABŞ dolları) və 200 min Avstraliya dolları (134 min ABŞ dolları) hüquqi xərclər ödəməlidir.
Bundan əlavə, "Uber"ə üç il müddətində səfərin ləğvi üçün minimum tarifi belə tutmaq qadağan ediləcək.(Trend)