Bu ilin fevral ayında Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı yanvar ayı ilə müqayisədə 0,7 faiz bəndi azalıb.
Eləcə də bax: Azərbaycanda ən çox "Google Chrome" istifadə olunur - SİYAHI
FED.az xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatına görə, martın 1-nə "Twitter"in Azərbaycanın sosial media bazarında payı 23% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13,6 faiz bəndi çoxdur. Populyarlığına görə "Twitter" ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Instagram" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 1,9 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin mart ayının 1-nə 22,3% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 2,9 faiz bəndi çoxdur. (Apa)