TikTok sosial şəbəkəsi 2021-ci ilin ən çox ziyarət edilən internet resursu olub və ötən ilin lideri – “Google” veb-saytını geridə qoyub.
Eləcə də bax: “Instagram”ın aylıq auditoriyası ilk dəfə - 2 MİLYARDI KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı bildirir.
Nəşrin məlumatına görə, TikTok bu ilin fevralında reytinqdə lider mövqe tutmağa başlayıb. Avqust ayında xidmətin populyarlığı artıb.
“Cloudflare” şirkəti hesablamaları həm internet saytının istifadəçilərinin ziyarətlərini, həm də sosial şəbəkə proqramından istifadəni nəzərə alıb. Qeyd olunur ki, ötən il “Cloudfare” TikTok-a reytinqdə yalnız yeddinci yeri verib.
Qısa videoları yükləməyə imkan verən Çin sosial şəbəkəsi TikTok 2018-ci ilin ortalarında istifadəyə verilib. O, 2012-ci ildə qurulan “ByteDance”ə məxsusdur.