TikTok, ABŞ əməliyyatlarının İlon Maska satılmasına icazə verməyi nəzərdən keçirdiyi barədə xəbəri təkzib edərək, bunu "tam uydurma" adlandırıb.
Çin “TikTok”un ABŞ aktivlərini İlon Maska sata bilər
FED.az xəbər verir ki, şirkətdən açıqlama, Bloomberg-in, "Çin rəsmilərinin ABŞ Ali Məhkəməsinin qadağa qoyması halında TikTok-un Amerika biznesinin dünyanın ən zəngin adamına satılması variantı nəzərdən keçirdiyi barədə" xəbərə cavab olaraq verilib.
Ali Məhkəmə hakimləri TikTok-a ABŞ-dakı əməliyyatlarını satmaq üçün yanvarın 19-dək vaxt verən qanunla bağlı qərar verəcək, əks halda ölkədə qadağa qoyulacaq.
TikTok dəfələrlə ABŞ-dakı əməliyyatlarını satmayacağını bildirib. (Marja)