"Telegram" messenceri istifadəçilərə əlavə funksiyalara giriş imkanı verən ödənişli "Premium" versiyanı işə salıb. Eyni zamanda, tətbiqin özü pulsuz olaraq qalacaq.
Eləcə də bax: “WhatsApp”a yeni funksiya - ƏLAVƏ OLUNUR
FED.az xəbər verir ki, bu barədə messencerin rəsmi saytında bildirilir.
«Telegram» pullu premium-abunəçilik təqdim edib, abunə haqqı Rusiyada 449 rubl olacaq. Şirkətdən verilən məlumata görə, abunə olduqdan sonra bütün limitlər iki dəfə artırılır. Belə ki, pullu abunəliyi aldıqdan sonra istifadəçilər 4QB qədər faylları maksimum sürətlə yükləmək, 1000 kanala abunə olmaq indi (500dür), 20 çatda yazışmaq, 4-cü hesabın qoşulması, unikal reaksiya və stikerlər, videoavatarlar, səs mesajlarının mətnə çevrilməsi, reklamların olmaması kimi imknalardan istifadə etmək mümkün olacaq.
Bununla yanaşı, şirkətdən bildirilib ki, indiyədək olan bütün funksiyalar abunəçilər üçün pulsuz olaraq qalacaq.
2022-ci ildə "Telegram"-ın aktiv istifadəçilərinin sayı ayda 700 milyon nəfəri ötüb və messencer özü də dünyada ən çox yüklənən beş proqramdan biri olub.