Yaponiyanın texnologiya nəhəngi “Sony” şirkəti ötən il aprelin 1-dən bu il aprelin 1-nə qədər davam etmiş son maliyyə ilində 1,2 trilyon yen (təxminən 11 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
Eləcə də bax: “Google” gündəlik 200 milyon dollar xalis mənfəət - Əldə Edir
FED.az xəbər verir ki, bu, əvvəlki maliyyə ilinə nisbətən təxminən 28% çoxdur və yeni rekorddur.
Hesabat dövründə "Sony"nin satışdan gəlirləri 9% artaraq 9 trilyon yenə (təxminən 83 milyard dollar) çatıb. (Report)