"Sima" biometrik rəqamsal imzadan artıq 4 milyondan çox vətəndaş istifadə edir.
Bu ildən ipoteka krediti və kirayə mənzillər “SİMA İmza” ilə də - ƏLDƏ EDİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
Onun sözlərinə görə, etibarlı rəqəmsal identifikasiya (yəni əməliyyat aparanın kimliyinin bilinməsi – FED.az) elektron ticarətə də məsbət təsir edir.
"Çünki onlayn platformada alış-veriş edərkən iki əsas məsələ tələb olunur: Kimliyin doğruluğuna inam və məlumatların qptunacağına zəmanət. Bu olduqda elektron ticarət iqtisadi imkana, olmadıqda isə riskə çevrilir».











