Samsung, İPhone 12 modellərinin əlverişli qiymətinə rəqabətli bir həll olmaq üçün Galaxy S21 modelində endirim etmək məcburiyyətində qalıb.
Eləcə də bax: “Samsung”un yeni smartfonlarının təqdim ediləcəyi tarix - Açıqlandı
FED.az Banker.az-a istinadən xəbər verir ki, Cənubi Koreyanın texnoloji xəbər saytı ETNews tərəfindən verilən məlumata görə, Samsung istehsal gücünün yüzdə 60-ını Galaxy S21 modeli üçün ayıracaq.
Son illərdə bütün dünyada smartfon qiymətləri ildən-ilə artır. Verilən məlumata görə, iPhone 12 modellərinin qiymət siyasəti Galaxy S21 ailəsinə qiymət verərkən Samsung’u endirim etməyə məcbur edib. Samsung ən azı Cənubi Koreyada Galaxy S20 modelləri ilə müqayisədə həm Galaxy S21, həm də Galaxy S21 Plus qiymətlərini endirəcək. Buna görə Cənubi Koreyada Galaxy S20-də təxminən 1150 dollarlıq qiymət Galaxy S21-də 900 dollara düşəcək. Bənzər bir endirim səviyyəsi Galaxy S21 Plus-da da görünəcək.
Qeyd edək ki, “Samsung” yeni cihazlarını 14 yanvar 2021-ci ildə təqdim edəcəyini elan edib.