Reklama intellektual nəzarət sistemi yaradılır
Bakıda binalarda yerləşdirilən reklam qurğularına dair xüsusi tələblər müəyyən olunub
FED.az xəbər verir ki, xəbər verir ki, bu barədə ADRA-nın Aparat rəhbəri Nahid Qasımov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə deyib.
Nahid Qasımov bildirib ki, ölkədə reklam sistemində ADRA bir ilkə imza atacaq. Reklam sahəsində suni intellekt tətbiq olunacaq.Suni intellekt tətbiqi sayəsində reklamların ölçüsü, reklamın sahəsi, dövlət rüsumu, yayım haqqı, qeydiyyat rüsumunun olub olmaması barədə məlumatlar, eləcə də digər zəruri məlumatlar avtomatlaşdırılmış şəkildə müəyyən olunacaq. Bu toplanan məlumatlar isə yeni yaradılacaq "Reklam Məlumat Mərkəzi"nə ötürüləcək. Sözügedən sistemdə məlumatlarda olan uyğunsuzluqlar müəyyən olunacaq və dərhal aradan qaldırılacaq.
Daha bir yenilik isə "Reklama İntellektual Nəzarət Sistemi"nin yaradılması ilə bağlıdır.
Nahid Qasımov bildirib ki, "Azərbaycanda bütün sahələrdə olduğu kimi reklam sahəsində də inkişaf gedir. Müasir dövrümüzdə müasir texnoloji reklam qurğularına üstünlük verilir. Yaradılacaq bu sistem həmin qurğular üzərində tətbiq ediləcək. Xüsüsilə də müasir monitor qurğularda, açıq məkanda yayımı həyata keçirilən video-materialllarda və foto görüntülərində informasiya təhlükəsizliyinin qorunmasına xüsusi diqqət ediləcək. Yeni sistem informasiya təhlükəsizliyinin təmin olunması baxımında xüsusi rol oynayacaq.