"Nvidia" şirkəti ABŞ hakimiyyətindən Çin bazarına "H20" adlı süni intellekt çiplərinin ixracına icazə alıb. Bu qərar ABŞ Prezidenti Donald Tramp administrasiyasının əvvəlki sərt mövqeyindən kəskin dönüş kimi qiymətləndirilir.
"OpenAI" yeni nəsil intellektual brauzeri təqdim edir
FED.az xəbər verir ki, şirkətin direktoru Censen Xuanın bir neçə gün əvvəl Ağ Evdə Tramp və onun administrasiya üzvləri ilə görüşündən sonra bu razılıq əldə olunub.
"Nvidia" "H20" çiplərini əvvəlki ixrac məhdudiyyətlərini nəzərə alaraq Çin üçün xüsusi adaptasiya etmişdi, lakin aprel ayında bu çiplərə də qadağa qoyulmuşdu.
Hazırda "Nvidia" Çində yeni bir "Blackwell" arxitekturasına əsaslanan, lakin ixrac qaydalarına uyğun olaraq bəzi texniki göstəriciləri zəiflədilmiş süni intellekt çipi də hazırlayır.
ABŞ-nin bu addımı Pekin tərəfindən ticarət danışıqlarında xoş niyyət jesti kimi dəyərləndirilib. Çin üçün qabaqcıl yarımkeçirici texnologiyalara çıxış əsas prioritetlərdən biridir. (Oxu.az)