Azərbaycanın mobil rabitə operatoru "Nar" şəbəkəsinin abunəçiləri arasında smartfon istifadəçilərinin payı 77% təşkil edir.
FED.az xəbər verir ki, bunu "Nar" şirkətinin kommersiya direktoru Müşfiq Əliyev ilin yekunlarına həsr olunmuş konfransda deyib.
Eləcə də bax: "Nar": "Bu il də qiymətləri artırmaq niyyətində deyilik"
Onun sözlərinə görə, pandemiya şəraitini nəzərə alaraq mobil trafikin istifadəsində artım qeydə alınıb: "Belə ki, bu rəqəm regionlarda 62%, Bakı və Abşeron ərazisində isə 17% təşkil edib".
M. Əliyev həmçinin əlavə edib ki, operatorun şəbəkəsində mövcud olan 2,3 milyon abunəçidən 1,4 milyonu internet istifadəçisidir. (Apa)