"Nar" mobil operatoru Azərbaycanın Şuşa, Ağdam, Füzuli kimi azad edilmiş şəhərlərində öz şəbəkələrini quraşdırıb.
Eləcə də bax: "Nar": Azərbaycanda 5G lisenziyaları ilə bağlı proseslərə start verilməyib
FED.az xəbər verir ki, bunu "Nar (Azerfon)" mobil operatorunun baş direktoru Qunnar Panke "Nar"ın 15 illiyinə həsr olunmuş mətbuat kofransında deyib.
Onun sözlərinə görə, yerli bazarda "Nar"ın payı 23 faiz təşkil edir.
Baş direktor əlavə edib ki, 1,4 milyon abunəçi 4G şəbəkəsinin istifadəçisidir.
"Nar" şəbəkəsi Azərbaycan ərazisinin 99 faizini əhatə edir. Şəbəkəmizin bölgələrdə, o cümlədən, azad edilmiş ərazilərdə genişləndirilməsi üçün işlər aparılır. Bu gün biz öz şəbəkəmizi Şuşa, Ağdam, Füzuli və Qarabağın digər rayonlarında quraşdırmışıq", - Q.Panke deyib. (Trend)