Ukraynadakı vəziyyətlə əlaqədar hazırda Nar-ın bu ölkədə rominqdə olan abunəçilərinə əlavə balans yüklənilib.
FED.az xəbər verir ki, məqsəd yaranan narahatlıq şəraitində abunəçilərə daha rahat ünsiyyət yaratmaq imkanlarını yaratmaqdır.
Bu məqsədlə hazırda Ukraynada olan Nar abunəçilərin nömrələrinin balansına 50 AZN məbləğində pul vəsaiti yüklənib.