Microsoft tamamilə süni intellekt çılğınlığına qapılıb və daim yeni imkanlar və məhsullar təklif etmək üçün texnologiya üzərində işləyir.
“Google” və “Microsoft”un sərf etdiyi elektrik enerjisi bir neçə ölkələrin istehlakını ötür
FED.az xəbər verir ki, şirkət hesab edir ki, öz potensialını tam reallaşdırmaq üçün süni intellekt təşəbbüsləri üzərində işləyən işçi qüvvəsinə əhəmiyyətli investisiyalar lazımdır. Şirkətin əməkhaqqı məbləğləri illər ərzində mətbuata sızdırılıb. Məbləğlər daha yüksək və aşağı səviyyəli işçilərin nə qədər maaş ala biləcəyinə dair ipuçları verir. Son sızdırılmış məlumatlar süni intellekt şöbəsinin əməkhaqqı diapazonunu üzə çıxarıb və bu şöbənin işçilərinin maddi cəhətdən çox az şikayətləndiyi məlum olub.
Əvvəllər sızdırılmış məlumatlar, şirkətdə ən aşağı vəzifə üzrə əməkhaqqının orta hesabla 42 min 500 dollar təşkil etdiyini, yüksək vəzifələrdə çalışanlarin isə 231 min 700 dollar - 361 min 500 dollar aralığında maaş alldığını göstərmişdi.
İndi "Business Insider" tərəfindən əldə edilən yeni maaş cədvəlinə görə, şirkət AI (süni intellekt) departamentində işçilərini məmnun etməkdə qərarlıdır və xüsusilə rəqibləri ilə müqayisədə onlara daha yaxşı maaş verir.
Cədvələ əsasən, AI departamentində proqram təminatı mühəndisinin orta maaşı 377 min 611 dollar təşkil edir ki, bu da Azure və Bulud departamentinin orta əməkhaqqı məbləğindən təxminən 120 min dollar çoxdur. (Marja)