11 yanvar tarixində keçirilən hərracda"Microsoft Corp" şirkətinin bazar dəyəri qısa müddət ərzində "Apple Inc" şirkətinin kapitallaşmasını üstələyib.
FED.az xəbər verir ki, bu barədə "MarketWatch" platforması xəbər verib.
Ticarət sessiyası zamanı “Microsoft”un səhmlərinin qiyməti 0,9 faiz bahalaşıb, “Apple”ın səhmləri isə 1,1 faiz ucuzlaşıb. Nəticədə "Microsoft"un kapitallaşması 2,87 trilyon dollara çatıb, "Apple"ın bazar dəyəri isə 2,86 trilyon dollara düşüb.
"Dow Jones Market Data" portalı bildirib ki, son on il ərzində "Microsoft" və "Apple" şirkətləri ABŞ-ın ən bahalı şirkəti adına sahib olublar. Yeganə istisna, bu göstərici üzrə "Amazon.com Inc" şirkətinin olduğu 2019-cu ilin əvvəlində 13 seansdan ibarət qısa müddət idi. (Trend)