"Meta" süni intellektlə bağlı layihələrdə iştirak edən təxminən 600 əməkdaşı ixtisar etməyi planlaşdırır.
Süni intellekt işimizi əlimizdən alacaqmı? - “Meta”da işləyən azərbaycanlı mühəndislə - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Nəşrin daxili qeydə istinadən verdiyi məlumata görə, bu tədbir şirkətin süni intellekt inkişafına böyük investisiyalar etdiyi bir vaxtda bürokratiyanı azaltmaq və daxili proseslərin çevikliyini artırmaq məqsədi daşıyır.
Mənbələrin məlumatına görə, işdən çıxarılmalar süni intellekt infrastrukturu, fundamental tədqiqatlar və tətbiqi məhsullar üzərində işləyən mütəxəssislərə təsir edəcək. Bununla yanaşı, "Meta" əməkdaşların bir hissəsini korporasiya daxilində başqa vəzifələrə köçürməyi planlaşdırır. Şirkətin nümayəndəsi bu optimallaşdırma haqqında məlumatı təsdiqləyib.
Eyni zamanda, "Meta" strateji əhəmiyyət daşıyan istiqamətlərdə iştirakını genişləndirməyə davam edir. Bildirilir ki, "Superintellekt" sistemlərinin işlənib hazırlanması ilə məşğul olan yeni "TBD Lab" bölməsinə işə qəbul davam edir.
Xatırladaq ki, son illərdə "Meta" süni intellekt seqmentinə milyardlarla dollar investisiya yatırıb. Xüsusilə, 2025-ci ilin yayında şirkət "Scale AI" startapına 14.3 milyard dollar ayırıb, bundan sonra startapın həmtəsisçisi və baş direktoru Aleksandr Van "Meta"da süni intellekt üzrə direktor təyin edilib. (Oxu.az)