“Apple” şirkəti “iPhone 17”ni ilk olaraq Hindistanda istehsal edəcək.
Bakıda yeni «iPhone 15»lərin satışı başladı – QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu Asiya-Sakit Okean regionunda maliyyə xidmətləri göstərən “TF International Securities” şirkətinin analitiki, “Apple”ın Asiya tədarük zəncirindəki təmaslarından kəşfiyyat məlumatları toplayaraq onları tədqiq edən mütəxəssis Minq Çi Kuo deyib.
O bildirib ki, bununla da şirkət Çin bazarından asılılığı azaldacaq. Analitikin sözlərinə görə, artıq Hindistan bazarına etibar edən “Apple” 2024-cü ilədək dünya bazarına çıxarılacaq “iPhone”un 20-25 faizini “Made in India” adı altında satacaq: “Cari ildə isə “Apple”nin dünya üzrə “iPhone” tədarüklərinin təxminən 12-14%-i Hindistanın payına düşüb”.
Minq Çi Kuonun sözlərinə görə, yaxın illərdə “Apple” Hindistanda “iPhone” istehsalını iki dəfəyədək artırmağı hədəfləyir. (Apa)