Bu addımları izləyərək "Instagram" hesabınızın təhlükəsizliyini qoruya bilərsiniz.
“WhatsApp” və digər tətbiqlərdə hesablar ələ keçirilir - Dövlət Xidmətindən XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Instagram" hesabınızın təhlükəsizliyi üçün paylaşımda qeyd olunan təlimatlara riayət etməyiniz tövsiyə olunur.
1) Mürəkkəb və unikal şifrlərdən istifadə
Şifr təyin edərkən adınız, doğum gününüz və ümumi sözlər kimi asanlıqla təxmin ediləcək məlumatlardan istifadə etməyin. Böyük və kiçik hərflərin, rəqəmlərin, eləcə də simvolların kombinasiyasından istifadə edin və şifrinizi müəyyən aralıqlarda dəyişdirin.
2) İkimərhələli təsdiqləmə (2FA)
Əlavə təhlükəsizlik tədbiri olaraq ikimərhələli təsdiqləməni aktivləşdirin. Bu, cihazınızla hesaba daxil olarkən şifrlə birgə daxil etməli olduğunu kodun alınmasını nəzərdə tutur.
3) E-poçt təhlükəsizliyi
"Instagram" hesabınızla əlaqəli e-poçt hesabının təhlükəsiz olduğundan əmin olun. E-poçtunuzun ələ keçirilmə ehtimalına qarşı mürəkkəb şifr və ikimərhələli təsdiqləmədən istifadə edin.
4) Hesaba bağlı tətbiqlər
"Instagram" hesabınıza qoşulmuş tətbiqləri mütəmadi olaraq “Settings and Privacy” – “Website Permissions” – “Apps and Websites” bölməsində nəzərdən keçirin və idarə edin. Artıq istifadə etmədiyiniz üçüncü tərəf tətbiqlər üçün girişi ləğv edin.
5) Məlumatların yenilənməsi
E-poçt ünvanınız və telefon nömrəniz də daxil olmaqla, əlaqə məlumatlarınızı yeni saxlayın. Ehtiyac olduğu təqdirdə bu, hesabı bərpa etməyə kömək edəcəkdir.
6) Fişinq cəhdləri
Birbaşa "Instagram"dan olduğu iddia edilən şübhəli e-poçtlara, mesajlara və keçidlərə qarşı diqqətli olun.
7) Hesaba giriş fəaliyyətinə nəzarət
"Instagram" hesabınızdan başqa cihazda istifadə etmisinizsə, icazəsiz girişin qarşısını almaq üçün işiniz bitdikdən sonra hesabdan çıxdığınızdan əmin olun. Hesabınızla daxil olduğunuz cihazları nəzərdən keçirmək üçün "Instagram"da “Settings and Privacy”-“Accounts Center”-“Password and security”-“Security check”-“Where you're logged in” bölməsini mütəmadi olaraq yoxlayın.
8) Tətbiq yenimələri
Cihazınızın əməliyyat sistemini və "Instagram" tətbiqini ən son təhlükəsizlik yenilikləri ilə güncəl saxladığınızdan əmin olun.
9) Şübhəli fəaliyyətlər
Hesabınıza kənar girişlər və ya paylaşımlar kimi hər hansı şübhəli fəaliyyət görsəniz, dərhal "Instagram"ın dəstək bölməsinə (instagram.com/hacked) müraciət edin.
Məlumatda qeyd olunur ki, bu təlimatlara əməl etməklə siz "Instagram" hesabınızın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra və icazəsiz giriş riskini azalda bilərsiniz.