11 mart tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransı keçirilib.
FED.az xəbər verir ki, konfransda Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Fatimə Ələkbərova Technest təqaüd proqramı haqqında məlumat verib.
O bildirib ki, Technest təqaüd proqramı 2021-ci ildən bəri keçirilir.
Pilot layihə əsas məqsədi kadrların işə cəlb olunmasını təmin etməkdir. Hal hazırda 5 mindən çox vətəndaş təqaüdə cəlb olunub. Təqaüdün 3200 dən çox məzunu var, 1863 nəfər tələbə var. Artıq 29 regiondan olan vətəndaşlar təqaüddən yararlanıb, 91% işlə təmin olunub, 10 tələbə isə top100 üniversitetə qəbul alıb. Təqaüdə regionlardan müraciət edənlərin 85% işlə təmin olunub.
Təqaüd çərçivəsində bir sıra sosial layihələr keçirilib, həmin layihələr aşağıdakılardır:
Cəzaçəkmə müəssisəsində 15 nəfər yetkinlik yaşına çatmayan gənc təlimlara calb olunub.
2 internat məktəbindən 45 uşaq İT əsasları təliminə cəlb olunub. 25 nəfər fiziki məhdudiyyətli şəxs İKT üzrə təlimlərə cəlb olunub.
Ağdam, Füzuli və Beyləqanda qadın sahibkarların rəqəmsal bacarıqlarının artırılması üçün 90 qadın təlimlər təşkil olunub. 140 aztəminatlı, şəhid ailəsi üzvü, veteran və s. sosial qrupa aid şəxslər İKT təlimlərinə cəlb olunub.
"Təqaüdün hədəflərinə gəlincə, il sonuna qədər 5 min nəfərə təqaüd verilməsi hədəflənir, 2 yeni beynəlxaq tərəfdaşlıq qurulacaq və Beynəlxaq səviyyəli texnoloji olimpiadalara tələbələr hazırlanacaq" - deyə Fatimə Ələkbərova əlavə edib.