“Huawei” şirkəti Çində debütündən tam bir il sonra çoxdan gözlənilən “Huawei Watch D” modelini Avropada təqdim edib.
FED.az xəbər verir ki, indi saat Avropa istifadəçilərinə 399 avroya təqdim olunur. Bundan əlavə, ilk müştərilərə 69 avroluq “Huawei Scale 3” smart saatı hədiyyə edilir.
Xatırladaq ki, “Huawei Watch D” manşet tonometrinə malik ilk ağıllı saat olub. Bu ağıllı saatlar real vaxt rejimində qan təzyiqini ölçə bilirlər. Saat ilk dəfə 2021-in dekabrında Çində teqdim edilib.
Saat insanın qan təzyiqini 230 mmHg-ə qədər ölçməyə imkan verir. Bu, ənənəvi qan təzyiqi monitorlarının diapazonuna bərabərdir. Saatda nəbz funksiyası, EKQ sensor modulu, SpO2 qan oksigenlə doyma, dəri temperaturu, stress səviyyələri və bir çox digər göstəricilər də var.
“Huawei Watch D” saatı 280 x 456 pikselli 1,64 düymlük AMOLED ekran və 451 mAh batareya ilə təchiz edilib. NFC, Bluetooth 5.1, GPS dəstəkləyir. Sudan qorunma (IP68) təmin edilir. Saatın özü HarmonyOS əməliyyat sisteminə əsaslanır və HarmonyOS 2, Android 6.0 və sonrakı, iOS 9.0 əməliyyat sistemlərinin və sonrakı versiyalara əsaslanan smartfonlarla qoşalaşdırıla bilər. Yeddi günə qədər enerji yığmadan işləyə bilər.