"Hökumət buludu” (G-cloud) yeni tikilən iki Data Mərkəzə köçürüləcək.
Azərbaycanın yeni data mərkəzləri 2027-ci ildə istifadəyə veriləcək
FED.az xəbər verir ki, “AzInTelecom” MMC artan rəqəmsallaşma tələblərinə uyğun olaraq bu ildən etibarən iki yeni data mərkəzinin tikintisinə başlayıb.
Abşeronda yerləşən data mərkəzin 2027-ci ildə, Hacıqabulda yerləşəcək daha mərkəzdə isə işlərin 2029-cu ildə yekunlaşdırılması planlaşdırılıb.
Bu data mərkəzlərin fəaliyyətə başlamasından sonra "Hökumət buludu”nun bu mərkəzlərə köçürülməsi gözlənilir. Regionda ən böyük data mərkəzlərinə çevriləcək hər iki data mərkəz həmçinin, Milli Data Mərkəz olacaq. (Apa)