ABŞ-nin "Google" şirkəti öz axtarış sistemində süni intellektə əsaslanan çat-botunun analoqunu quraşdırıb.
“Apple” öz cihazlarını düşüncə gücü ilə idarə edəcək texnologiyanı sınaqdan keçirir
FED.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat verib.
Qeyd olunub ki, müvafiq texnologiya tərtibatçılar üçün illik konfransda təqdim olunub. Yenilik istifadəçilərin "ChatGPT"yə bənzər sual-cavab formatında dialoq apara biləcəyini nəzərdə tutur.
Nəşr vurğulayıb ki, "Google" bu cür funksiyaların həyata keçirilməsi istiqamətində ilk addımlarını 2024-cü ildə "AI Overviews" - müxtəlif mənbələrdən alınan məlumatlardan istifadə edərək istifadəçi sorğularına cavab verən sistemin yaradılması zamanı atıb.
Təqdimat zamanı yeni süni intellekt axtarış sistemi texnologiyasına reklamın tətbiqi məsələsi müzakirə olunmayıb. (oxu.az)