«Böyük texnoloji şirkətlər» (BİG TESH) adı əsasən Amazon, Apple, Google, Microsoft və əvvəllər Facebook olan, sonra isə adı dəyişdirilərək Meta olan şirkətlərə aiddir.
Eləcə də bax: Mark Zukerberq dünyanın ən zəngin onluğu siyahısından - KƏNARDA QALIB
Amma görünür, siyahıya dəyişiklik olacaq: Meta (Facebook) şirkəti tarixin ən böyük birgünlük ucuzlaşmasını yaşayıb. Şirkətin səhmləri gün ərzində 20% ucuzlaşıb, və şirkət bazarı dəyərinin 200 milyard dollarını itirib.
Nə baş verib?
FED.az xəbər verir ki, «Meta» (Facebook)-un səhmlərinin satışı (ondan yaxa qurtarmaq məqsədilə) Meta-nın gəlirləri barədə son hesabatdan sonra başlayıb. Hesabatda nə yazılmışdı?
1. Satışların zəfləməsi: 2021-ci ilin sonunu rübündə «Meta»nın gəlirləri $33,7 milyarda çatıb – pis göstərici deyil. Amma 2022-ci ilin 1-ci rübü ilə bağlı gəlir proqnozu ($27–29 milyard) gözləntilərdən aşağı olub.
2. «Apple» effekti: Nə qədər qəribə olsa da, «Meta»nın səhmlərinin ucuzlaşmasının bir səbəbi «Apple» rəhbərliyinin qərarı olub. «iPhone» istehsalçısı öz konfidensiallıq (müştəri məlumatlarının yayılması ilə bağlı) siyasətini dəyişir. Və bu «Facebook»un reklam biznesinə 2022-ci ildə $10 milyard zərər vuracaq.
3. Rəqiblər artır, istifadəçilər azalır: Vaxtilə «Vatsap» və «İnstaqram» yarananda «Facebook» yeni oyunçuların yaradacağı potensial təhlükəni aradan qaldırmaq üçün həmin şirkətləri sadəcə satın almışdı. «TikTok»la bu fokuyu etmək mümkün olmayıb. Nəticədə «Facebook»un gündəlik istifadəçilərinin sayı - 1,93 milyard nəfər – əvvəlki dövrlərlə müqayisədə azalıb. İstifadəçilər yeni platformalara, o cümlədən «TikTok»a keçirlər.
«Facebook» özünə gələcəkmi?
«Facebook»un keçmiş icraçı direktoru Nikita Bir – hansı ki, vaxtilə onun startapı Facebook tərəfindən satın alınmışdı – Tvitterdə paylaşdığı postda «Facebook»un problemlərini açıqlayıb. Onun fikrincə:
1. «Qiymətli» istifadəçilər (yəni ABŞ-ın səhil rayonlarının sakinləri – iqtisadi cəhətdən aktiv və alıcılıq qabiliyyəti yüksək olan təbəqə) «Facebook»u tərk edir və «TikTok»a keçirlər.
2. «Facebook»un başqa şirkətlərlə birləşməsi, daha dəqiqi hansısa şirkəti özünə birləşdirməsi antiinhisar qanunvericiliyinə görə mümkün deyil.
3. Yeni məhsul yaradanlar və startapçılar «Facebook»la işləmək istəmirlər, bu o deməkdir ki, «Facebook» yeni məhsullar yarada bilmir.
4. Nəhayət, «Facebook»un Meta, daha dəqiqi meta kainatla bağlı planları... Bu ideyanın özünü doğrultması üçün azı 10 il lazımdır.
Hələliksə, görünür, «Meta»nı (hazırda bazar dəyəri $670 milyarddır) «Big Tech» siyahısından çıxarmaq lazım gələcək. Çünki buradakı şirkətlər $1,4 trilyondan aşağı deyil.