Rəqəmsalllaşma istiqamətində önəmli layihələrdən biri dövlət bulud layihəsidir.
İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.
O bildirib ki, dövlət qurumlarından 109-dan çoxu artıq öz məlumatlarını məlumat bazalarında yerləşdirib. Bizim dövlət qurumlarının dövlət buluduna inteqrasiya edərək bulud xidmətlərinin genişləndirilməsini planlaşdırırıq. Bu məlumat bazalarında dövlət qurumları ilə yanaşı, özəl qurumların da xidmətlər göstərməsi vacibdir.
"Dövlət bulud layihəsi 6 alt sistemdə formalaşdırılmışdır. Bu layihə kağızsız sistemin yaradılmasını tətikləyir. İndiyədək mindən çox dövlət qurumu ilə 500 milyondan çox sənəd mübadiləsi aparılıb. Bu kağız istifadəsini azaldıb. Eyni zamanda rəqəmsal şəkildə sənədlərin mübadiləsi prosesi biznes proseslərinin rəqəmsallaşması və bürokratiyanın azalmasına gətirib çıxarıb. Bu sistem vətəndaşlara dövlət xidmətlərinə rahat çıxış əldə etməyə imkan verir." - deyə Samir Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, My gov QR kod ilə ailə, əmlak və digər bir çox sənədin online şəkildə əldə olunmasını təmin edir.
"Qeyd edək ki, 140 dövlət qurumu portala vahid loginlə daxil ola bilər. Dövlət bulud layihəsi dövlət və vətəndaş arasında şəffaflıq yaradır. Vətəndaşların razılıq səviyyəsinin artması üçün layihənin təkmilləşdirilməsi gedir." - deyə Samir Məmmədov əlavə edib