Azərbaycanda 2 dəmir yolu stansiyasında ödənişlərin “Sima Pay” vasitəsilə üztanıma ilə aparılması test edilib.
Azərbaycanda ödənişlər üztanıma ilə olacaq - Yeni xidmət istifadəyə veriləcək
FED.az xəbər verir ki, bunu “Azintelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə qurumun şöbə müdiri Tamerlan Məşədihəsənli deyib.
O bildirib ki, digər stansiyalarda da üztanlma ilə ödənişlərin edilməsi istiqamətində işlər aparılır:
“Hazırda supermarketlər şəbəkələri ilə də danışırıq ki, onlarda da üztanıma ilə ödənişlər mümkün olsun”.
“Gələcəkdə bankomatlarda da üztanıma texnologiyasından istifadənin tətbiqi ilə bağlı planlarımız var. Bu sistem metro və avtobuslarda da tətbiq oluna bilər”, - deyə qurumun rəsmisi əlavə edib. (Apa)