"Chorme" brauzerinin Azərbaycandakı bazar payı artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə “Statcounter” beynəlxalq şirkətinə istinadən xəbər verir.
Məlumata görə brazuerin Azərbaycanda cari ilin fevral ayı üzrə payı 78,79% təşkil edib.
Bu da ay ərzində 0,46 faiz bəndi, il ərzində 7,28 faiz bəndi çoxdur.
Bu ilin yanvar ayında internet brazuerinin Azərbaycandakı payı 78,33%, ötən ilin müvafiq dövründə 71,51% çoxdur.
Ötən ilin iyun ayınadək "Chrome"un Azərbaycan seqmentindəki payı özünün ən pik nöqtəsinə çataraq 83,76%-ədək yüksəlib. İyul ayından etibarən noyabradək eniş dövrünü yaşayıb, dekabr ayında təkrar bazar payında azalma baş versə də , son iki ay ərzində yenidən artım müşahidə edilməkdədir.