Azərbaycanın tanınmış şirkətlərindən olan "Bestcomp Group" QSC qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) fonduna 1 000 000 TL ianə edib.
"Bestcomp Group" rəhbərliyi və bütün əməkdaşları adından Kahramanmaraş və digər şəhərlərdə baş vermiş faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.
Dualarımızla hər zaman sizinləyik.
Başın sağ olsun, Türkiyə!