Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olan “Bakı Telefon Rabitəsi” MMC-in ("Baktelecom") xalis mənfəəti 2019-cu ildə 8,853 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 97,3% çoxdur.
Eləcə də bax: "AzerTelecom"un Xəzərin dibindən keçən layihəsi “Türkmentel 2020”də müzakirə edilib
FED.az xəbər verir ki, MMC-in maliyyə hesabatına görə, ötən il "Baktelecom"un gəlirləri 75,427 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 8,2% artım deməkdir. Göstərilən xidmətlərin dəyəri isə 40,284 mln. manata bərabər olub və illik müqayisədə 5,9% artıb.
Hesabat dövründə "Baktelecom"un əməliyyat mənfəəti 9,805 mln. manat (71,1% artım), gəlir vergisinədək olan mənfəəti isə 12,394 mln. manat (2 dəfə artım) təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə MMC-in cəmi aktivləri 126,819 mln. manata təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 9,2% çoxdur. Cəmi öhdəliklərə gəldikdə, bu göstərici 2019-cu ildə 29,854 mln. manat bərabər olub və illik müqayisədə 2,3% artıb.
Xatırladaq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) öz fəaliyyətinə 1997-ci ildən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin normativ sənədlərinə, Azərbaycan Respublikasının rabitə haqqında və müəssisələr haqqında qüvvədə olan qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 1997-ci il 10 mart tarixində qeydiyyata alınmış 1849 saylı Nizamnaməyə uyğun olaraq başlayıb. 2001-ci il may ayının 10-da Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb. 2017-ci ilin 19 iyul tarixində Bakı Telefon Rabitəsi İstehsalat Birliyi yenidən təşkil olundu və adını dəyişərək “Bakı Telefon Rabitəsi” MMC-yə çevrildiyini elan edib. (Apa)