Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti yeni konsepsiya ilə fəaliyyət göstərən yeni satış və xidmət mərkəzini müştərilərin ixtiyarına verib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Bakının Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanında yerləşən mərkəzdə abonentlər operatorun təklif etdiyi bütün xidmətlərdən yararlana bilərlər.
Açılış mərasimində çıxış edərkən şirkətin baş icraçı direktoru Rainer Rathgeber: "Həqiqətən də bu, bizim üçün əlamətdar bir gündür və bildiyiniz kimi ən yaxşı şəbəkə məhz "Bakcell"in şəbəkəsidir. Bununla yanaşı, əlbəttə ki, müştərilərə yüksək səviyyədə xidmət də göstərmək önəmlidir. Məhz buna görə də biz bu cür məkanları yaradaraq, peşəkar əməkdaşları işə alaraq müştərilərə xidmət göstərməyə davam edirik", - "Bakcell"in baş direktoru qeyd edib.