Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti virtual SİM-kartların (eSİM) tətbiqi istiqamətində işlər aparır.
Eləcə də bax: "Bakcell" 3 il ərzində ölkəyə 226 milyon manat - SƏRMAYƏ YATIRIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu "Bakcell"in baş icraçı direktoru Rainer Rathgeber deyib.
Onun sözlərinə görə, operatorun şəbəkəsi bu texnologiyanın tətbiqinə texniki olaraq hazırdır.
"Virtual SİM-kart və yaxud eSİM tətbiqi il bağlı biz hazırlıqlar həyata keçirirdik və növbəti illər ərzində o, artıq biznes standartına çevriləcək. Texniki olaraq biz artır bunu reallaşdıra bilərik. Bu səpkidə artıq işlər aparılır. Sadəcə, hələlik müəyyən tənzimləmə məsələləri mövcuddur, çünki hazırda müqavilələrin bağlanması onlayn qaydada həyata keçirilə bilməz", - deyə R. Rathgeber qeyd edib.