“Bakcell” şirkəti və “ASAN Könüllüləri” təşkilatı yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Gəncədə yaşayan aztəminatlı və qazi ailələrinin uşaqlarına hədiyyələr təqdim edib.
Şirkətdən FED.az-a verilən məlumata görə, aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.
“ASAN Məktub” sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asanmektub.az saytına məktub göndərən 24 nəfər uşağa “Bakcell” tərəfindən məktəb ləvazimatları hədiyyə olunub.
Uzunmüddətli tərəfdaşlıq sayəsində “Bakcell” və “ASAN Məktub” bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.
Qeyd edək ki, “Bakcell” şirkəti “ASAN Məktub” proqramına həmçinin mobil rabitə dəstəyi göstərir.
“Bakcell” xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrdə fəal iştirak edir.