Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru tutduğu vəzifəni tərk edib.
Milli Depozit Mərkəzinə yeni departament direktoru - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, o, öz təşəbbüsü ilə səhhətində yaranan problemə görə işindən ayrılıb, şirkətə rəhbərlik isə onun müavini Elçin Niyazova həvalə olunub.
Qeyd edək ki, 2016-2020-ci illərdə “Azerfon” MMC-nin icraçı direktoru kimi çalışan Klaus Müller, 2021-ci ildə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə “Aztelekom” MMC-nin baş direktoru təyin olunmuşdu.
1986-cı il təvəllüdlü E.Niyazov isə Elçin Niyazov həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir. E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısı olub.