Bu ilin yanvar-noyabr aylarında "Azexport" portalına 424,5 milyon ABŞ dolları dəyərində sifariş daxil olub.
Karbamid 1-ci, pambıq mahlıcı 2-ci, qızıl 3-cüdür - İXRAC İCMALI
FED.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın dekabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 % azdır.
Təkcə ötən ay isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 30,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin noyabr ayına nisbətən 16,6 % çoxdur.
Ay ərzində ixrac sifarişlərində tütün, şərab, kərə yağı, qarğıdalı yağı, şəkər, fındıq ləpəsi, qara çay, kosmetik vasitələr, boya və s. məhsullar üstünlük təşkil edib.
2017-ci ilin yanvar ayından 30 sentyabr 2022-ci il tarixinə kimi (71 ay ərzində) "Azexport"a 145 ölkədən daxil olan sifarişlərinin dəyəri 3,1 milyard ABŞ dolları olub. (Report)