"Bakı Telefon Rabitəsi" MMC-nin ("Baktelecom") tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Elektron Avtomat Telefon Stansiyaları üzərindən ötürülən rabitə xidmətlərində meydana gələn çətinliyin böyük qismi aradan qaldırılıb.
"Baktelecom"dan FED.az-a verilən məlumata görə, xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri artıq bərpa edilib.
"Hazırda rabitə qurğularının işində fasiləyə səbəb olan nasazlığın tam aradan qaldırılması istiqamətində işlər operativ qaydada davam etdirilir", - "Baktelecom"dan bildirilib.
Qeyd edək ki, 9 iyul tarixində yaranan nasazlıq 2 min abunəçiyə rabitə xidmətlərinin ötürülməsinə çətinlik yaradıb.