“Azərpoçt” MMC-nin baş direktoruna yeni müavin təyin olunub.
FED.az xəbər verir ki, bu vəzifə İsi Mustafayevə həvalə olunub. O, vəzifəsinin icrasına martın 17-dən başlayıb. Bu təyinatla baş direktorun müavinlərinin sayı 4-ə çatıb.
Eləcə də bax: "Azərkosmos"dan “Baktelekom”a transfer – Rəhbərə Müavin Təyin Edildi
Qeyd edək ki, İsi Mustafayev 2000-2001-ci illərdə “Partner Investment” MMC-nin Reyestr və depozitarlıq departamentində iqtisadçı, 2001-2003-cü illərdə department direktoru vəzifələrində çalışıb.
2003-2016-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Bazar əməliyyatları şöbəsində Aparıcı iqtisadçı, böyük iqtisadçı, şöbə rəisi, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin böyük inspektoru vəzifələrində işləyib.
2016-2020-ci illərdə “AGBank” ASC-nin Xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışıb.
2020-2021-ci illərdə “Rabitəbank” ASC-nin Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyin edilib. (Apa)