"Azərpoçt" MMC-də Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyinat olub.
Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, "Azərpoçt"un Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə Özal Talıblı gətirilib. O, bu vəzifəyə təyinatınadək "PAŞA Həyat Sığorta" şirkətində İnvestisiya şöbəsinə rəhbərlik edib.
Özal Talıblı karyerasını 2015-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. 2018-2020-ci illərdə isə “PAŞA Sığorta” şirkətində fəaliyyətini davam etmişdir. Eyni zamanda müxtəlif universitetlərdə pedaqoji fəaliyyətlə məşqul olmuşdur.
Özal Talıblı “Azərbaycan Dövlət İqtisad Universiteti”nin “İqtisadiyyat” üzrə bakalavr və Avstriyada “Vebster Universiteti”nin “Maliyyə” ixtisası üzrə magistr təhsili almışdır. Bununla yanaşı, o, Fransada Dünya Bankının “Fundamentals of Active portfolio Management”, Beynəlxalq Valyuta Fondunun “Financial Market Analysis” və London İqtisadiyyat Məktəbinin (LSE) “Data Analysis for Management” sertifikatlarına yiyələnmişdir. (Marja)