Ötən il "Azərpoçt"un gəlirlərinin 65%-i maliyyə xidmətlərinin, 28%-i poçt xidmətlərinin, digər hissəsi isə logistika və digər xidmətlərin payına düşüb.
Ötən il Azərbaycanda 113 poçt şöbəsi bağlanıb - RƏQƏMLƏR
FED.az xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev qurumun 2024-cü il ərzində gördüyü işlər, eləcə də maliyyə nəticələri barədə danışarkən deyib.
"Xərclərimizin 60%-i isə əmək haqqı xərclərinin payına düşür. Ötən ili xalis mənfəətlə başa vurmuşuq. Bu ili də xalis mənfəətlə yekunlaşdırmaq hədəflərimizdən biridir. Ümumilikdə son üç ildə "Azərpoçt"un maliyə dayanıqlılığının qorunması və fəaliyyətinin xalis mənfəətlə davam etdirilməsi əsas hədədlərimizdəndir", - deyə İ.Mustafayev əlavə edib. (Apa)