Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Bu barədə FED.az-a qurumdan məlumat verilib.
Bayram günlərində vətəndaşlara xidmət göstərəcək poçt məntəqələrinin siyahısı aşağıdakı kimidir:
31 dekabr tarixində fəaliyyət göstərəcək şöbələrin siyahısı:
- 1 saylı poçt filialının mərkəzi poçt şöbəsi, saat 09:00-16:00
- 1 saylı poçt filialının 1, 3, 7, 8, 20, 21, 25, 33, 52, 108 saylı poçt şöbələri, saat 10:00-16:00
- 2 saylı poçt filialının 9, 17, 53, 54, 63, 73, 83, 111, 114, 117, 122 saylı poçt şöbələri, saat 10:00-16:00
- 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 129, 132, 133, 142, 149 saylı poçt şöbələri, saat 10:00-16:00
- 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-16:00
- 4 saylı poçt filialının 39, 42, 45, 50, 77, 89, 90, 93 saylı poçt şöbələri, saat 10:00-16:00
- Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-16:00
- İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66, 108 və 152 saylı poçt şöbələri, saat 10.00-16.00
1, 2, 3 və 4 yanvar tarixlərində fəaliyyət göstərəcək şöbələrin siyahısı:
- 1 saylı poçt filialının mərkəzi poçt şöbəsi, saat 09:00-18:00
- 2 saylı poçt filialının 63 saylı poçt şöbəsi, saat 10:00-17:00
- 2 saylı poçt filialının 124, 138, 144 saylı poçt şöbələri, saat 09:00-17:00
- 3 saylı poçt filialının 2, 40 saylı poçt şöbələri, saat 10:00-17:00
- 4 saylı poçt filialının 44 saylı poçt şöbəsi, saat 09:00-17:00
- Regionlarda yerləşən müştəri xidməti şöbələri, saat 10:00-17:00
- İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 və 152 saylı poçt şöbələri, saat 10.00-17.00
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.