Bu i ilin yanvar-oktyabr aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 40 ölkəyə 21,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
Karbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLAR
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 ölkə və 44,4 % azdır. “Azərkosmos” ixrac gəlirləri onun ümumi gəlirlərinin 81 %-ni təşkil edib.
10 ay ərzində ixracın ilk beşliyində isə 5,5 milyon ABŞ dolları ilə Böyük Britaniya, 4,6 milyon ABŞ dolları ilə Fransa, 3,6 milyon ABŞ dolları ilə Lüksemburq, 1,9 milyon ABŞ dolları ilə BƏƏ və 1,2 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.
Təkcə ötən ay isə “Azərkosmos” 36 ölkəyə 2,4 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə ötən ilin oktyabr ayına nisbətən 3 ölkə çox və 64,2 % azdır. (Report)